Vaşinqton və Tehran arasında diqqətçəkən razılaşma layihəsi ortaya çıxıb
İran və ABŞ arasında hazırlanan ilkin razılaşma layihəsində Tehrana qarşı dəniz blokadasının aradan qaldırılması və xaricdə dondurulmuş aktivlərin azad edilməsi nəzərdə tutulur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu iranlı deputat Əlaəddin Borucerdi açıqlayıb.
Onun sözlərinə görə, layihədə həmçinin bütün münaqişə cəbhələrində, xüsusilə Livanda 60 günlük atəşkəsin elan olunması ilə bağlı müddəa da yer alıb.
Borucerdi bildirib ki, ilkin mərhələdə ABŞ hərbi qarşıdurmaların bütün istiqamətlərində genişmiqyaslı 60 günlük atəşkəsin təmin edilməsini öhdəsinə götürür.
14:28 27.05.2026
Oxunuş sayı: 47