Moskva Brüssel xəttinə görə İrəvanı tənqid edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan rəhbərliyini Avropa İttifaqı ilə bağlı siyasətə görə tənqid edib.
Crossmedia.az xəbər verir ki, rus mediasının yaydığı məlumata görə, Zaxarova bildirib ki, Brüssel bürokratiyasının əsas məqsədi vətəndaşların həyatını yaxşılaşdırmaq deyil, əksinə daha da pisləşdirməkdir.
O əlavə edib ki, əgər Ermənistanın Baş naziri Nikol Paşinyan özünü Brüssel bürokratiyası ilə əlaqələndirirsə, deməli həmin yanaşmaları da qəbul edir.
14:15 27.05.2026
Oxunuş sayı: 45