Rusiyanın bəzi şəhərlərinə dron və raket zərbələri endirilib
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində və Krımda bir neçə şəhərə zərbələr endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, məlumata görə, Rusiyanın Taqanroq şəhərində hücum nəticəsində iki nəfər yaralanıb. Yerli mənbələr təyyarə təmiri zavodunun hədəf alındığını yazır.
Rusiyanın Voronejdə zərbədən sonra “Baltimor” aerodromu yaxınlığında yanğın baş verib. Rusiya tərəfi hədəflərin vurulduğunu və kiçik ziyanın qeydə alındığını bildirib.
Rusiyanın Tuapse bölgəsində pilotsuz uçuş aparatlarının qalıqlarının dəniz terminalı və neft emalı zavodu ərazisinə düşdüyü, lakin yanğının qısa zamanda söndürüldüyü qeyd olunur.
Rusiyanın Sevastopolda isə Ukrayna Silahlı Qüvvələrinin dronlar və “Storm Shadow” tipli raketlərdən istifadə etdiyi, nəticədə yaşayış binaları və Rusiya Mərkəzi Bankının Cənub Administrasiyasına məxsus binanın zədələndiyi iddia edilir. Məlumata görə, hadisə nəticəsində tələfat qeydə alınmayıb.
Hazırda tərəflərdən verilən məlumatlar fərqli olduğundan hadisələrin detalları müstəqil şəkildə təsdiqlənməyib.
13:05 27.05.2026
Oxunuş sayı: 49