Almaniyada kanslerin mümkün varisi müzakirə olunur
Almaniyada hakimiyyət daxilində gərginlik və siyasi böhran müzakirələri davam edir.
Crossmedia.az xəbər verir ki, "Bild" qəzetinin məlumatına görə, Xristian Demokrat İttifaqı (XDİ) ölkənin kansleri Fridrix Merts üçün mümkün əvəzedici ilə bağlı qapalı müzakirələrə başlayıb.
Məlumata əsasən, mümkün varislər arasında Hendrik Vüst, Boris Reyn və Mixael Kreçmer yer alır.
Müzakirələrin əsas səbəbi kimi Almaniya parlamentində (Bundestaq) mümkün etimadsızlıq səsverməsi və hökumət daxilində artan siyasi narazılıqlar göstərilir. Kanslerin istefası və ya dəyişdirilməsi prosedurunun parlamentdə səsvermə yolu ilə həyata keçirilə biləcəyi bildirilir.
Hazırda XDİ daxilində gələcək siyasi liderlik və hökumətin davamlılığı ilə bağlı məsləhətləşmələrin davam etdiyi qeyd olunur.

12:48 27.05.2026
Oxunuş sayı: 51