Trampın Qəzza planı nəticə vermədi
ABŞ prezidenti Donald Tramp administrasiyasının təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın Qəzzanın yenidən qurulması ilə bağlı planı ciddi problemlərlə üzləşib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, layihənin elanından dörd ay keçməsinə baxmayaraq, Dünya Bankının idarə etdiyi rəsmi fond hələ də boş olaraq qalır və bölgədə yenidənqurma işlərinə başlanılmayıb.
Bildirilir ki, beynəlxalq donorlar vəsaitləri sözügedən fond vasitəsilə deyil, alternativ kanallarla yönləndirməyə üstünlük verirlər. Hüquqi, siyasi və təhlükəsizliklə bağlı maneələr isə fondun fəaliyyətini faktiki olaraq iflic vəziyyətinə salıb.
12:40 27.05.2026
Oxunuş sayı: 102