Əfqan mühacirlər İran Əfqanıstan sərhədində güllələniblər
İranın cənub-şərqindəki Kəlle-Qan sərhəd bölgəsində sərhəd qüvvələrinin atəş açması nəticəsində azı yeddi əfqan miqrant həlak olub və yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Haalvsh" İnsan Haqları Mərkəzi məlumat yayıb.
Hadisə mayın 23-ü səhər saatlarında, bir qrup əfqan mühacirin İran sərhədini keçməyə çalışdığı vaxt baş verib.
Məlumata görə, sərhədçilər heç bir xəbərdarlıq etmədən onlara atəşə tutublar.
Miqrantların arasında qadınlar və uşaqlar da olub. Şahidlərin sözlərinə görə, onlardan bəziləri hətta təslim olmaq üçüb əllərini qaldırdıqdan sonra belə atışma dayanmayıb.
Bundan öncə üç nəfərin öldüyü, dörd nəfərin isə yaralandığı bildirilir. Bu gün hadisədən sonra öldürülən mühacirlərdən birinin cəsədinin əks olunduğu yeni video yayılıb.
20:25 25.05.2026
Oxunuş sayı: 46