Tramp: İranla razılaşma ya əla olacaq, ya da ümumiyyətlə olmayacaq
ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, Tehranla əldə oluna biləcək istənilən saziş ya “çox yaxşı və məntiqli” olacaq, ya da ümumiyyətlə imzalanmayacaq.
O, həm demokratları, həm respublikaçıları, həm də danışıqlar barədə fikir bildirən bəzi şəxsləri tənqid edərək onların proses barədə kifayət qədər məlumata sahib olmadığını deyib.
ABŞ prezidenti, həmçinin Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişini tənqid edərək onu “fəlakətli” adlandırıb və həmin razılaşmanın İranın nüvə silahına gedən yolunu asanlaşdırdığını iddia edib.
Trampın sözlərinə görə, hazırkı danışıqlar əvvəlki nüvə sazişinin təkrarı olmayacaq.
17:53 25.05.2026
Oxunuş sayı: 50