Qalibaf və Əraqçı Qətərə səfər edib
İranın bir neçə yüksək vəzifəli rəsmisi ABŞ ilə mümkün razılaşma perspektivlərini müzakirə etmək üçün Qətərə səfər edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçı və Mərkəzi Bankın rəhbəri Məhəmmədreza Farzin Dohada bir sıra görüşlər keçirəcək.
Məlumata əsasən, nümayəndə heyətinin Qətərin baş naziri ilə görüşərək İran–ABŞ xəttində mümkün razılaşma variantlarını müzakirə edəcəyi gözlənilir.
İddialara görə, Tehran tərəfi Qətərdə saxlanılan təxminən 12 milyard dollar dəyərində dondurulmuş İran aktivlərinin tezliklə azad olunmasını tələb edir.
Səfərin həm siyasi, həm də iqtisadi koordinasiya məqsədi daşıdığı, maliyyə mexanizmləri və birgə komissiya fəaliyyətinin də gündəmdə olduğu bildirilir.
17:42 25.05.2026
Oxunuş sayı: 46