CXP daxilində yeni partiya yaranır - İDDİA
Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası daxilində yeni siyasi partiyanın yaradılması ilə bağlı müzakirələr aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
İddialara əsasən, partiyanın lideri Özgür Özələ yaxın olduğu bildirilən təxminən 50 deputat yeni siyasi platforma yaradılması ehtimalını müzakirə edir.
Məlumatlarda qeyd olunur ki, proses yekunlaşarsa, yaxın vaxtlarda qurultay keçirilərək yeni partiyanın rəsmi şəkildə elan olunması mümkündür.
Türk KİV-lərinin iddiasına görə, təşəbbüsə CXP-yə bağlı bəzi bələdiyyələr və müxtəlif bölgələrdən dəstək verilə bilər.
Yeni siyasi qurumun adının “Demokratiya və Tərəqqi” və ya “Sol Demokratiya” ola biləcəyi də irəli sürülür.
17:37 25.05.2026
Oxunuş sayı: 38