Belçikadan gələn qaz tankerində terror aktının qarşısı alınıb
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Belçikadan gələn qaz tankerində mümkün terror aktının qarşısının alındığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, gəmidə NATO üzvü olan ölkələrdən birində istehsal edildiyi iddia olunan maqnit minaları aşkar edilib.
FTX bildirib ki, hər bir minada təxminən 7 kiloqram partlayıcı maddə olub.
Rusiya tərəfinin açıqlamasına əsasən, sözügedən tanker Ust-Luqa limanı-ndan Türkiyə istiqamətinə yola düşməli idi.
Hadisə ilə bağlı əlavə araşdırmaların davam etdiyi bildirilir.
17:33 25.05.2026
Oxunuş sayı: 49