İran–ABŞ razılaşmasında kritik maneə: 22 milyard dollarlıq tələb
İran Silahlı Qüvvələrinin koordinator müavini Həbibullah Səyyari Tehran və Vaşinqton arasında mümkün razılaşma ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səyyari jurnalistlərin danışıqlarla bağlı sualını cavablandırarkən “Mən hətta razılaşmanın nə olduğunu da bilmirəm” ifadəsini işlədib.
Açıqlama İsrailin “Channel 14” telekanalının İran və ABŞ arasında mümkün ilkin razılaşmada əsas mübahisəli məsələlərdən birinin 22 milyard dollar olduğu barədə yaydığı məlumat fonunda səsləndirilib. İddialara görə, Tehran bu məbləğin qısa müddətdə təmin olunmasını istəyir.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, mümkün razılaşma yaxşı və düzgün olmalı və əvvəlki Obama administrasiyası dövründə imzalanmış nüvə sazişinin şərtlərini təkrarlamamalıdır.
Məlumata görə, tərəflər arasında danışıqların detalları və şərtləri ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır.
17:52 25.05.2026
Oxunuş sayı: 48