Peskov: Ermənistan Aİİ-dən çıxsa, qazın qiyməti...
Kreml sözçüsü Dmitri Peskov Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) mümkün çıxışı ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskov bildirib ki, Rusiya və Ermənistan Aİİ çərçivəsində dost ölkələr olaraq qalır və dialoq davam etdirilir.
Onun sözlərinə görə, əgər Ermənistan təşkilatdan çıxarsa, ölkəyə verilən güzəştli qaz tarifləri də bazar qiymətlərinə uyğunlaşdırıla bilər.
Kreml rəsmisi, həmçinin qeyd edib ki, Ermənistanda Rusiyanın inteqrasiya proseslərini dəstəkləyən siyasi qüvvələr mövcuddur və Moskva bu yanaşmanı yüksək qiymətləndirir.
Açıqlama Ermənistan-Rusiya iqtisadi münasibətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
16:42 25.05.2026
Oxunuş sayı: 53