Ben-Qvir Netanyahunu Vaşinqtonda "yumruğunu masaya çırpmağa" çağırıb
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Benyamin Netanyahuya ABŞ prezidenti Donald Tramp ilə bağlı sərt mövqe nümayiş etdirməsi üçün çağırış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ben-Qvir bildirib ki, Netanyahu Vaşinqtonda “yumruğunu masaya çırpmalı” və ABŞ tərəfinə İsrailin müharibəyə qayıtmaq niyyətində olduğunu açıq şəkildə çatdırmalıdır.
Onun sözlərinə görə, İsrail regiondakı təhlükəsizlik vəziyyəti fonunda daha qəti və sərt siyasət yürütməlidir.
Açıqlama İsrail daxilində hökumətin təhlükəsizlik strategiyası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
17:13 25.05.2026
Oxunuş sayı: 45