Qalibaf yenidən İran parlamentinin sədri seçilib
İranda parlamentin Rəyasət Heyətinə keçirilən seçkilər başa çatıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səsvermə səhər saat 07:30-da başlayıb və bir neçə saat davam edib. Millət vəkilləri parlament rəhbərliyinin 12 üzvünü — o cümlədən sədr, iki sədr müavini, altı katib və üç müşahidəçini birbaşa səsvermə yolu ilə müəyyən ediblər.
Nəticələrə əsasən, Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin sədri seçilib və növbəti bir il müddətinə vəzifəsini davam etdirəcək.
Rəsmi qurumların digər vəzifələr üzrə nəticələri də yaxın saatlarda açıqlaması gözlənilir.
16:50 25.05.2026
Oxunuş sayı: 41