Kreml Paşinyanın Aİİ sammitində iştirakını gözləyir
Kreml Ermənistanın Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində hər hansı formada iştirak edəcəyinə ümid etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva İrəvanın tədbirdə iştirakını gözləyir.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan seçki prosesi səbəbindən sammitdə iştirak etməyə bilər.
Bununla belə, Peskov vurğulayıb ki, Rusiya Ermənistanın Aİİ üzvü kimi bu mühüm görüşdə bu və ya digər formada təmsil olunacağına ümid edir.
15:46 25.05.2026
Oxunuş sayı: 50