8 təşkilat və 44 ictimai xadim Osipyana görə çağırış edib
Ermənistanda 8 ictimai təşkilat və 44 ictimai xadim Qarabağ əsilli siyasətçi Artur Osipyanın həbsinə etiraz edən bəyanat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəyanatda qeyd olunur ki, Osipyanın cinayət təqibi qəbuledilməzdir və bu addım ölkədə siyasi gərginliyi daha da artırır.
Sənəddə, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın bir siyasi mübahisə zamanı səsləndirdiyi iddia olunan “Niyə bizim oğlanların yerinə sən dirisən, ölmürsən?” ifadəsi tənqid edilir və bunun siyasi etikaya uyğun olmadığı bildirilir.
İddialara görə, Osipyanın saxlanılması və həbsi yaxınlaşan iyunun 7-də keçiriləcək seçkilərə də kölgə salır və hüquq-mühafizə orqanlarına inamı azaldır.
Bəyanat müəllifləri hesab edir ki, bu proses həm demokratik institutlara etimadı sarsıdır, həm də hakimiyyətin insan hüquqlarına sadiqliyi ilə bağlı suallar yaradır.
Sənədi imzalayan tərəflər sonda hakimiyyətə çağırış edərək Artur Osipyanın dərhal azad olunmasını və məsələ ilə bağlı sivil dialoqun aparılmasını tələb ediblər.
15:14 25.05.2026
Oxunuş sayı: 53