Mirzoyan: Rusiya ilə münasibətləri kəsmək niyyətimiz yoxdur
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Rusiyanın səsləndirdiyi son bəyanatlara münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Jurnalistlərə açıqlama verən Mirzoyan vurğulayıb ki, İrəvan Moskva ilə təbii münasibətləri saxlamaq və onları davam etdirməkdə maraqlıdır.
Bu açıqlama, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tərəfindən səsləndirilən və Ermənistan-Rusiya münasibətləri ilə bağlı müzakirələr doğuran fikirlərin ardınca gəlib.
Mirzoyan Rusiyadan niyə bu cür bəyanatların səsləndirildiyi barədə sualı isə cavabsız qoyub. O, jurnalistləri öz nəticələrini çıxarmağa çağırıb və əlavə şərh verməkdən imtina edib.
Son aylarda Ermənistan-Rusiya münasibətləri ilə bağlı siyasi ritorikada müəyyən gərginlik hiss olunsa da, İrəvan rəsmi səviyyədə əməkdaşlığın davam etdirildiyini vurğulamaqda davam edir.
14:50 25.05.2026
Oxunuş sayı: 46