İranın nüvə proqramı ilə bağlı yeni saziş hazırlanır
İranın nüvə proqramı ilə bağlı yeni beynəlxalq sazişin hazırlanması müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, Livanın "Al Mayadeen" telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, yeni mexanizm çərçivəsində İranın nüvə dosyesinin Çin, Rusiya, Avropa İttifaqı və regionun qarant ölkələrinin iştirakı ilə ayrıca sənədə daxil edilməsi nəzərdən keçirilir.
Məlumata görə, bu formatda məsələ yalnız ABŞ-nin nəzarətindən çıxaraq çoxtərəfli saziş predmetinə çevrilə bilər.
Mənbələr bildirir ki, planlaşdırılan mexanizm İranın nüvə proqramı və zənginləşdirilmiş uran məsələsini əhatə edən genişmiqyaslı razılaşmanı nəzərdə tutur.
İddialara əsasən, mümkün saziş çərçivəsində Hörmüz boğazının idarə olunması İran və Fars körfəzi ölkələri arasında koordinasiya əsasında həyata keçirilə bilər.
Bundan əlavə, Çinin gələcək razılaşmalar çərçivəsində investisiya təklif etdiyi, Vaşinqtonun isə regionda gərginliyin azaldılması məqsədilə bu prosesdə maraqlı olduğu qeyd olunur.
11:08 25.05.2026
Oxunuş sayı: 48