İran Livandakı atəşkəsi əsas tələb kimi irəli sürüb
Hizbullahın baş katibi Nəim Qasım bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçı mümkün razılaşmanın Livana da şamil olunacağına dair təminat verib.
Crossmedia.az xəbər verir ki, Nəim Qasım İranın İsrail və ABŞ ilə müharibəni dayandırmaqla bağlı təklifinin Livandakı atəşkəsi də əhatə etdiyini açıqlayıb.
Onun sözlərinə görə, Abbas Əraqçı göndərdiyi müraciətdə bildirib ki, İran ilk gündən etibarən hər hansı razılaşmanın Livandakı atəşkəslə əlaqələndirilməsini tələb edib və bu mövqe dəyişməz olaraq qalır.
Əraqçının müraciətində qeyd olunub ki, bu məsələ İranın paytaxtı Tehran üçün prinsipial və legitim tələb hesab edilir.
10:08 25.05.2026
Oxunuş sayı: 42