ABŞ–İran razılaşması bir həftəyə yekunlaşa bilər – NYP
ABŞ və İran arasında mümkün razılaşmanın yekunlaşdırılması bir həftəyə qədər uzana bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə New York Post nəşrinə açıqlamasında ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib.
Mənbənin sözlərinə görə, əgər Tehran razılaşmanın şərtlərini qəbul etməsə, ABŞ prezidenti Donald Tramp danışıqlar prosesindən geri çəkilə bilər.
Qeyd edək ki, Tehrandakı mövcud vəziyyət yekun razılaşmanın hazırlanması prosesini ləngidir.
Bildirilib ki, sənədin İranın ali lideri Müctəba Xameneiyə çatdırılması da bir neçə gün vaxt apara bilər.
09:37 25.05.2026
Oxunuş sayı: 45