Tramp İsrailin tanınmasını gündəmə gətirib
ABŞ Prezidenti Donald Tramp İranla mümkün sülh razılaşması fonunda bəzi müsəlman ölkələrini İsraillə münasibətləri normallaşdırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, "Axios"-un yaydığı məlumata görə, Tramp Vaşinqton və Tehran arasında razılıq əldə olunacağı halda Qətər, Pakistan və Səudiyyə Ərəbistanından İsraili tanımağı istəyib.
İddialara görə, İsraillə diplomatik münasibətləri olmayan bu ölkələrin nümayəndələri Trampın təklifinə təəccüblə reaksiya veriblər.
Hələ ki, nə Ağ Ev, nə də adı çəkilən ölkələr məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
09:30 25.05.2026
Oxunuş sayı: 77