Pezeşkian: İranda strateji qərarlar ali liderin razılığı olmadan qəbul edilmir
İran prezidenti Məsud Pezeşkian bildirib ki, İranda heç bir strateji qərar ölkənin Ali Milli Təhlükəsizlik Şurasının çərçivəsindən kənarda və ali liderin razılığı olmadan qəbul edilmir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O, radio və televiziya rəhbərləri ilə görüş zamanı qeyd edib ki, ölkədə idarəetmə “vahid qərar və kollektiv yanaşma” tələb edir.
Pezeşkianın sözlərinə görə, əsas siyasi və təhlükəsizlik qərarları ali rəhbərin təsdiqi olmadan qüvvəyə minmir.
Bundan əvvəl isə İran mənbələrinə istinadən yayılan məlumatlarda bildirilirdi ki, ABŞ ilə mümkün anlaşma memorandumunun əvvəlcə Ali Milli Təhlükəsizlik Şurasında təsdiqlənməsi, daha sonra isə ali rəhbərə təqdim olunması nəzərdə tutulur.
17:43 24.05.2026
Oxunuş sayı: 72