İran və ABŞ arasında mümkün razılaşma iddiaları təkzib edilib
İran və ABŞ arasında mümkün razılaşma ilə bağlı yayılan bəzi məlumatlar İran mediası tərəfindən təkzib olunub.
Crossmedia.az Fars News agentliyinə istinadən xəbər verir ki, mümkün razılaşma layihəsində “İranın nüvə öhdəlikləri və nüvə proqramı ilə bağlı bütün məsələlərin razılaşmadan 60 gün sonra müzakirə olunacağı” barədə hər hansı maddə mövcud deyil.
Agentlik həmçinin bildirib ki, İranın bu razılaşma çərçivəsində nüvə ehtiyatlarını təhvil verməsi, nüvə obyektlərini bağlaması və ya nüvə silahı istehsal etməmək barədə öhdəlik götürməsi nəzərdə tutulmur.
Bununla yanaşı, ABŞ mediasının məlumatına görə ki, Vaşinqton və Tehran arasında müzakirə olunan təkliflərdən biri İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsi ilə bağlı öhdəliyi ehtiva edir.
17:20 24.05.2026
Oxunuş sayı: 79