İran rəsmisindən Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi sosial şəbəkədə paylaşım edərək Hörmüz boğazı ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, bölgə ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək əvvəlki xəbərdarlıqların nəzərə alınmadığını iddia edib.
Əzizi paylaşımında “Sizi xəbərdar etdik, amma siz qulaq asmadınız. İndi Hörmüz boğazının əvvəlki vəziyyətinə qayıtmasının nəticələrini görün” ifadələrini işlədib.
Qeyd edək ki, açıqlama Hörmüz boğazı ətrafında artan gərginlik və regional təhlükəsizlik müzakirələri fonunda yayılıb.
14:41 18.04.2026
Oxunuş sayı: 53