Hindistan Rusiyaya minlərlə əsgər GÖNDƏRƏCƏK
Hindistan və Rusiya arasında fövqəladə hallarda qarşılıqlı yardım və əməkdaşlığı nəzərdə tutan yeni razılaşma imzalanıb.
Crossmedia.az bu barədə xarici mediyaya əsasən xəbər verir.
Məlumata əsasən, Hindistan zərurət yarandığı halda Rusiya ərazisinə üç minə qədər hərbçi, on hərbi təyyarə və beş hərbi gəmi göndərə bilər. Eyni zamanda Rusiya da oxşar öhdəliklər çərçivəsində Hindistana yardım göstərə biləcək.
Sazişin əsas məqsədinin təbii və ya texnogen fəlakətlər zamanı təcili yardım, humanitar dəstək, birgə hərbi təlimlər və tərəflər arasında “sülh və sabitliyin qorunması” olduğu bildirilir.Razılaşmaya görə, ev sahibi ölkə göndərilən qüvvələr üçün yanacaq, ərzaq və digər təminatları qarşılamalıdır. Analitiklər bu sənədi son illərdə iki ölkə arasında imzalanmış ən genişmiqyaslı əməkdaşlıq sənədlərindən biri kimi qiymətləndirirlər.
12:53 18.04.2026
Oxunuş sayı: 51