ABŞ-də miqrant qərarı QALMAQAL YARATDI
ABŞ-də miqrantların yerləşdirilməsi ilə bağlı mühüm qərar qəbul edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp administrasiyası Mayamidə fəaliyyət göstərən Katolik Xeyriyyə Təşkilatları ilə müşayiətsiz miqrant uşaqların yerləşdirilməsinə dair 11 milyon dollarlıq müqaviləni ləğv edib. Bununla da ABŞ hökuməti ilə katolik kilsəsi arasında bu sahədə uzun illər davam edən əməkdaşlığa son qoyulub.
Qeyd olunur ki, qərar Tramp ilə Roma Papası XIV Leo arasında artan fikir ayrılıqları fonunda verilib. Tərəflər arasında gərginlik əsasən ABŞ-ın miqrasiya və xarici siyasət məsələləri üzərində cəmlənib.
Məlumata görə, Tramp Papaya qarşı sərt ifadələr işlədərək onu “solçu” adlandırıb.
12:38 18.04.2026
Oxunuş sayı: 55