Trampdan İran açıqlaması: Fikir ayrılıqları böyük deyil
ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Jurnalistin “İran əhəmiyyətli fikir ayrılıqlarının olduğunu deyir” sualını cavablandıran Tramp bu ehtimalı istisna etməyib, lakin fərqlərin ciddi olmadığını vurğulayıb.
“Əgər fikir ayrılıqları mövcuddursa, biz bunu dəqiqləşdirməliyik. Amma düşünmürəm ki, çox ciddi fikir ayrılıqları var”, – deyə o bildirib.
Qeyd edək ki, İran ilə ABŞ arasında davam edən danışıqlar fonunda səslənən bu açıqlama mümkün razılaşmaya dair nikbinliyi artırır.
11:09 18.04.2026
Oxunuş sayı: 53