İran-ABŞ danışıqlarının növbəti raundu İslamabadda keçiriləcək
İran və ABŞ arasında danışıqların növbəti mərhələsi bazar ertəsi günü İslamabad şəhərində baş tutacaq.
Crossmedia.az bu barədə "CNN"ə istinadən xəbər verir.
Bildirilir ki, nümayəndə heyətləri görüşdən bir gün əvvəl – bazar günü Pakistan paytaxtına gələcəklər.
Görüş çərçivəsində tərəflər arasında dialoqun irəlilədilməsi istiqamətində son məsləhətləşmələrin aparılması planlaşdırılır.
Qeyd edək ki, ötən həftə keçirilən yüksək səviyyəli danışıqlar münaqişənin həlli istiqamətində konkret irəliləyiş olmadan yekunlaşıb. Bununla belə, son günlərdə yeni görüşün təşkili ilə bağlı diplomatik aktivlik xeyli artıb.
ABŞ Prezidenti Donald Tramp isə danışıqların gedişatını müsbət qiymətləndirərək, mümkün razılaşmanın “çox yaxın” olduğunu bildirib.
10:55 18.04.2026
Oxunuş sayı: 52