12 Aprel – Kosmosa ilk addımın rəsmiləşən qələbəsi
12 aprel 1961-ci il insanlıq üçün yeni eranın başlanğıcı oldu. Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin “Vostok-1” kosmik gəmisində 108 dəqiqəlik uçuşla Yer kürəsinin orbitinə çıxaraq kosmosdakı ilk insan oldu. Bu tarixi hadisə artıq 60 ildən çoxdur ki, dünyada təntənəli şəkildə qeyd olunur.
Bayramın rəsmiləşdirilməsi:
SSRİ daxilində: Keçmiş SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə aprelin 12-si rəsmi olaraq “Dünya Aviasiya və Kosmonavtika Günü” elan edilmişdir.
Beynəlxalq səviyyədə: Uzun illər bu bayram əsasən postsovet məkanında qeyd olunsa da, BMT Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnamə ilə 12 aprel “Beynəlxalq İnsanın Kosmosa Uçuşu Günü” (International Day of Human Space Flight) elan edilmişdir.
Azərbaycanın Kosmosdakı Rolu:
Azərbaycan bu tarixə sadəcə tamaşaçı kimi yanaşmır. Sovet dövründə məhz azərbaycanlı Kərim Kərimov kosmosa uçuş üzrə Dövlət Komissiyasının sədri olub və “R-2” raketlərinin istehsalında mühüm rol oynayıb.

Müstəqillikdən sonra Azərbaycan kosmik sənayeni inkişaf etdirib:
· 2008-2010: Prezident İlham Əliyevin sərəncamları ilə kosmik sənayenin əsası qoyulur və “Azərkosmos” ASC yaradılır.
· 2013: İlk milli peyk “Azerspace-1” orbitə çıxarılır.
· 2018: İkinci telekommunikasiya peyki “Azerspace-2” uğurla buraxılır.
· 2023: 74-cü Beynəlxalq Astronavtika Konqresi Bakıda keçirilir ki, bu da ölkənin qlobal kosmik arenada tanınmasının göstəricisidir.
Həmçinin dünyada da Kosmosla və digər planetlərlə əlaqə üzərində işlər gedir. Buna misal, son günlərdə məşhur olan "Artemis II" lahiyəsini söyləmək olar. "Artemis Layihəsi" Yerlə kosmos arasında əlaqə qurmağın ən müasir və iddialı nümunələrindən biridir. Bu, sadəcə bir layihə deyil, bəşəriyyətin Aya "qayıdıb qalmaq" və bu təcrübəni Marsa addım üçün sıçrama taxtasına çevirmək planıdır.
Namiq Atamalıyev,
Bakı dövlət universiteti, Jurnalistika Fakültəsi 4cü kurs tələbəsi.
15:14 12.04.2026
Oxunuş sayı: 68