Bitkilər bir-biri ilə "internet" vasitəsilə danışır ?
Biologiyanın ən geniş sahələrindən biri olan botanika bitkiləri ən kiçik hüceyrələrinə qədər araşdırır və öyrənir . Günümüzün ən aktual suallarından biridə bitkilərin necə olur ki , bir-birinə xəbər verə bilir və daim əlaqədə olur ?
Gəlin , bitkilərin sirli dünyasına və tarixi araşdırmalara birlikdə nəzər salaq .Keçmiş zamanlardan bəri bitkilərin gizli ünsiyyət dili və torpaq altı əlaqələri elm adamlarını belə maraqlandırırdı . Bunun üçün onlar elmi araşdırmalara başlanğıç vermişdilər. İlk elmi araşdırma 1997-ci ildə kanadalı ekoloq Suzanna Simard aparılmışdı . Onun metodu yaşlı ağaclara radioaktiv karbon izotopları yeridib , bir neçə gün sonra bu izotopların torpaqaltı şəbəkə vasitəsilə digər ağaclara keçib, keçmediyini müşahidə etmək idi . Nəticədə Simard müəyyən etdi ki, meşənin mərkəzindəki ən yaşlı ağaclar gənc tinglərin sağ qalması üçün onlara qida ötürür . Bu araşdırma nüfuzlu "Nature" jurnalında dərc olunmuşdur. 2010-cu ildə çinli alim Ren Sen Zeng bitkilərin təhlükə zamanı bir-birilərinə xəbərdarlıq siqnalı ötürməsi üzərində elmi araşdırmaya başlayır. O , bir bitkiyə zərərli göbələk xəstəliyi yoluxdurdu. Nəticədə gördü ki, kökləri bir-birinə bağlı olan pomidor bitkiləri, xəstəlik onlara çatmamışdan əvvəl öz müdafiə genlərini aktivləşdirdilər. Kənar qalan bitkilər isə hazırlıqsız yaxalandılar. Bu da sübut etdi ki , bitkilər təhlükə zamanı bir-birilərinə xəbərdarlıq siqnalı göndərir .
2013-cü ildə Aberdin Universitetinin professoru Devid Conson bitkilərin həşərat hücumuna qarşı necə əməkdaşlıq qurub qorunduğunu araşdırır .Onun metoduna əsasən lobya bitkilərini torpaq altında göbələk şəbəkəsi ilə birləşdirildi və bitkilərin havadan siqnal almaması üçün onları xüsusi torbalarla örtdü . Bitkiyə mənənələr hücum etdikdə o, kökləri vasitəsilə digər lobya bitkilərinə siqnal ötürdü. Nəticədə digər lobya bitkiləri dərhal həşəratları qovan xüsusi qoxu yaymağa başladılar . Bununla da o, sübut etdi ki ,bitkilər daim kökləri vasitəsilə əlaqədə olurlar .
Bitkilər yarpaqları və kökləri vasitəsilə havaya və torpağa kimyəvi maddələr ifraz edirlər. Bu maddələr digər bitkilərə müəyyən mesajlar çatdırır. Buna nümunə olaraq lobya bitkisini , Afrika akasiyalarını, biçilmiş pomidoru, milçəkqapanı göstərmək olar .
Bitkilər necə danışır və ya mesaj ötürür ?
Təkcə elmi fakt deyil, həm də insanlara mesajdır : Təbiətdə hər şey bir-biri ilə bir ahəng içindədir. Bu kəşflər sübut edir ki, təbiətdə sağ qalmaq üçün yalnız rəqabət deyil, həm də güclü bir əməkdaşlıq mövcuddur. Meşələr sanki bir ailə kimi bir-birini qoruyur və məlumatlandırır. Bir ağacı kəsdiyimiz zaman biz əslində bir ailəni məhv etmiş oluruq .Bunun üçün təbiəti sevməli və onu qorumalıyıq . Bu, bizim borcumuzdur .
Validə Musayeva
18:41 11.04.2026
Oxunuş sayı: 142