Keçmiş MKİ direktoru Yaxın Şərqdəki müharibə ilə bağlı sensasional proqnozunu açıqlayıb
Mən ABŞ prezidenti Donald Trampdan daha çox İrana etibar etməyə meyilliyəm.
Crossmedia.az xəbər verir ki, bu sözləri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan deyib.
"Bu, Trampın həqiqəti üzünə deyilsə belə, qəbul edə bilməməsi ilə bağlıdır. Hazırda o, bu özünəməxsus fəlakətdən necə çıxacağını anlamaqda çətinlik çəkir. Buna görə də Tramp danışıqlarla bağlı açıqlamalar verəcək. İddia edəcək ki, iranlılar indi razılaşma istədiklərini və razılaşmanın bizim şərtlərimiz əsasında bağlanacağını bildirən siqnallar göndərirlər. Düşünmürəm ki, bu açıqlamada həqiqətə yaxın bir şey var", - deyə o qeyd edib.
20:28 24.03.2026
Oxunuş sayı: 57