Ermənistanlı siyasətçi xalqın müharibə qorxusuna görə Paşinyana dözdüyünü iddia edib
Xalq Ermənistan Baş naziri Nikol Paşinyanın zəif və səriştəsiz lider olduğunu görür, lakin müharibə qorxusuna görə ona dözməyə məcbur qalır.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.
Onun sözlərinə görə, Paşinyan sülh anlayışından siyasi alət kimi istifadə edir və komandasını sülh partiyası kimi təqdim etməyə çalışır.
Müxalif siyasətçi iddia edib ki, son illərdə baş verən hərbi toqquşmalar və gərginliklər məhz Paşinyanın siyasətinin nəticəsidir.
Zurabyan vurğulayıb ki, onların təmsil etdiyi qüvvə özünü əsl sülh tərəfi hesab edir və mövcud hakimiyyətin bu anlayışı mənimsəməyə çalışdığını bildirir.
20:16 24.03.2026
Oxunuş sayı: 53