Brüssel: Ukraynanın üzvlüyü islahatların sürətindən asılıdır
Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Ukraynanın 2027-ci ilə qədər Aİ-yə qoşulması real görünmür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Kiyevin istəklərinə baxmayaraq, üzvlük prosesi üçün konkret tarix müəyyən etmək mümkün deyil. Komissar vurğulayıb ki, bu proses islahatların sürəti və üzv ölkələrin razılığı kimi bir sıra amillərdən asılıdır.
Avropa Komissiyası daha əvvəl də oxşar mövqe sərgiləyərək, Ukraynanın Aİ-yə inteqrasiyası üçün dəqiq vaxt çərçivəsi təqdim etməyəcəyini dəfələrlə bəyan edib.
17:25 24.03.2026
Oxunuş sayı: 67