Türkiyədən yeni tank əleyhinə raket sistemi
Lazer başlıqlı orta mənzilli tank əleyhinə sistemi olan "L-OMTAS"-ın uğurlu sınaqlardan sonra seriyalı istehsalına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin raket istehsalçısı "ROKETSAN" açıqlama verib.
"L-OMTAS" standart "OMTAS" raketindən fərqli olaraq yarı-aktiv lazer axtarış başlığı ilə təchiz olunub. Bu xüsusiyyət raketin hədəfə daha dəqiq yönəlməsini təmin edir və xüsusilə lazerlə işarələnmiş hədəflərə qarşı effektivliyini artırır.
Lazer başlıqlı sistemlər, infraqırmızı başlıqlı versiyalara nisbətən daha sərfəli istehsal xərclərinə malikdir ki, bu da raketin kütləvi istifadəsini asanlaşdırır.
Raket tanklar, zirehli maşınlar və beton sığınacaqlar kimi sərt hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş zirehdeşən tandem döyüş başlığına malikdir.
19:34 23.03.2026
Oxunuş sayı: 256