Ukraynanın cənubunda genişmiqyaslı hava hücumu
Rusiya Ukraynanın Odessa vilayətinə genişmiqyaslı "Geran-2" dron hücumu həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum zamanı təxminən 40 pilotsuz uçuş aparatı istifadə olunub və onların əksəriyyəti Çornomorsk limanını hədəf alıb.
Zərbələr həmçinin Odessa şəhərinin Fontanka rayonuna, Çornomorsk şəhərinə, Odessa şəhərinin cənub-qərb kənarındakı Tairove kəndi və Rıbnıy limanı istiqamətlərində qeydə alınıb.
Hücumun nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.
18:42 23.03.2026
Oxunuş sayı: 711