İran Fars körfəzi ilə bağlı sərt xəbərdarlıq etdi
İranın Müdafiə Şurası Trampın Hörmüz boğazı ilə bağlı verdiyi son tarixdən əvvəl açıqlama yayıb və Fars körfəzi ilə bağlı ciddi xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Açıqlamada bildirilir ki, İranın Fars körfəzi və sahil zolağındakı adalarına hücum ediləcəyi təqdirdə bütün körfəz minalana bilər. Belə bir ssenaridə Fars körfəzi uzun müddət bloklanacaq və məsuliyyət hücumu həyata keçirən tərəfin üzərinə düşəcək.
Şura həmçinin İranın “qisas üçün qisas” prinsipinə sadiq olduğunu vurğulayıb və enerji infrastrukturu və digər strateji obyektlərə ediləcək hücumlara “qəti və dağıdıcı cavab” veriləcəyini bildirib.
Bundan əlavə, SEPAH və digər orqanların mövqeyinə istinad edilərək qeyd olunub ki, müharibədə iştirak etməyən ölkələrin belə Hörmüz boğazından keçidi yalnız İranla koordinasiya əsasında mümkün olacaq.
16:32 23.03.2026
Oxunuş sayı: 45