Tramp İranın enerji obyektlərinə zərbələri təxirə saldı
ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna planlaşdırılan hərbi zərbələrin müvəqqəti dayandırılması barədə qərar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, zərbələr , o cümlədən elektrik stansiyalarına yönəlmiş hücumlar beş gün müddətinə təxirə salınıb. Bu qərar Vaşinqtonla Tehran arasında aparılan danışıqlar fonunda qəbul olunub.
Tramp bildirib ki, son iki gün ərzində ABŞ və Iran arasında Yaxın Şərqdəki hərbi əməliyyatların tam həlli istiqamətində “çox məhsuldar və konstruktiv” müzakirələr aparılıb.
Onun sözlərinə görə, davam edən danışıqların müsbət dinamikası nəzərə alınaraq, ABŞ Müdafiə Nazirliyinə İranın enerji obyektlərinə qarşı hərbi əməliyyatları müvəqqəti dayandırmaq tapşırılıb.
16:25 23.03.2026
Oxunuş sayı: 44