Amerikalıların əksəriyyəti İranla müharibənin uzun çəkəcəyini düşünür
ABŞ-də keçirilən yeni ictimai rəy sorğusu göstərir ki, amerikalıların çoxu İranla mümkün hərbi münaqişənin qısa müddətdə başa çatacağına inanmır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sorğuya əsasən, respondentlərin təxminən 60 faizi müharibənin uzun sürəcəyini düşünür, yalnız 36 faizi hərbi əməliyyatların yaxın zamanda sona çatacağını gözləyir.
Araşdırma həmçinin ABŞ vətəndaşlarının Yaxın Şərqdəki gərginliyin iqtisadi təsirlərindən narahat olduğunu ortaya qoyur. Respondentlərin 67 faizi regiondakı münaqişənin yaxın aylarda benzin qiymətlərinə təsir edəcəyini proqnozlaşdırır.
Sorğu 6–9 mart tarixlərində Reuters və Ipsos tərəfindən ABŞ üzrə 1021 iştirakçı arasında həyata keçirilib.
18:39 12.03.2026
Oxunuş sayı: 136