Kadırov İrandakı müharibəyə ilk dəfə münasibət bildirib
Çeçenistan lideri Ramzan Kadırov İran ətrafında baş verən hərbi gərginliklə bağlı ilk açıqlamasını verib.
Crossmedia.az xəbər verir ki, o, “Telegram” kanalında paylaşım edib.
Kadırov bildirib ki, ABŞ və İsrail müqəddəs Ramazan ayında İrana hücum etməklə İslam dünyasında parçalanma yaratmağa çalışıblar. O, İranın keçmiş Ali Dini Lideri Əli Xameneiyə qarşı sui-qəsdi qətiyyətlə pisləyib.
Çeçenistan lideri, həmçinin, İranın Amerikanın hərbi bazalarına endirdiyi zərbələri “düşmənə gözlənilən cavab” kimi qiymətləndirib. Bununla yanaşı, üçüncü ölkələrdə mülki infrastruktura hücumlar və mülki şəxslərin ölümü heç bir halda haqlı sayıla bilməz, deyə əlavə edib.
Kadırov xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə baş verən hadisələrə diqqət çəkərək, bu ölkələrin vətəndaşlarının zərər görməsini qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, BƏƏ bölgədə sabitliyi ilə seçilən ölkələrdən biridir və qonşularına qarşı hərbi iddiaları olmayıb.
18:07 12.03.2026
Oxunuş sayı: 65