Paşinyan: Erməni kilsəsi revanşist hərəkatı alovlandırmağa çalışır
Ermənistanın Baş naziri Nikol Paşinyan erməni kilsəsinin rəhbərliyini revanşist hərəkatı təşviq etməyə cəhd etməkdə ittiham edib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Baş nazir liturgiyalar zamanı “Artsax” adının istifadəsindən narazılığını ifadə edib.
Paşinyan “Mən bu yaxınlarda liturgiyada iştirak etdim və Artsax Respublikası elanını eşitdim. Bu nə deməkdir ki, bu, müharibəyə çağırışdır. Ktriç Nersisyan (II Qaregin) və digər din xadimləri müharibə partiyasının liderləri rolunu öz üzərinə götürüblər", - deyə, bildirib.
O əlavə edib ki, Qarabağ hərəkatının bitdiyi bəyan edildikdən sonra heç kimin onu davam etdirə bilməyəcəyini və ölkənin bir neçə xarici siyasət istiqamətinin ola bilməyəcəyini vurğulayıb.
15:43 12.03.2026
Oxunuş sayı: 45