Litva Ukraynanı gücləndirir: Zelenski görüşdən sonra mühüm dəstəyi açıqladı
Litva Ukrayna şəhərlərinə və icmalarına təxminən 100 generator bağışlayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra açıqlama yayıb.
Zelenski vurğulayıb ki, görüş zamanı tərəflər hərbi əməkdaşlıq, birgə müdafiə layihələri, Litvanın Vilnüsdə silah ixracı platformasının açılması, PURL təşəbbüsünə dəstək və SAFE proqramı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
14:40 25.01.2026
Oxunuş sayı: 473