İranda divar yazısı gündəm oldu: Prezident Tramp, kömək edin
Sosial mediada İran şəhərlərindən birində çəkildiyi bildirilən video yayılıb.
Görüntülərdə bir şəxsin divara ingilis dilində “Prezident Tramp, xahiş edirəm kömək edin” sözlərini yazdığı və ABŞ Prezidentindən İran xalqına dəstək istədiyi görünür.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İranda tətbiq olunan genişmiqyaslı internet kəsintiləri səbəbindən videonun dəqiq çəkiliş vaxtı və hansı şəhərə aid olduğu məlum deyil.
Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp açıqlamasında İranda baş verən hadisələri yaxından izlədiyini bildirib.
O, bölgəyə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus donanma göndərildiyini də təsdiqləyib.
12:57 25.01.2026
Oxunuş sayı: 458