İran küçələrindən sarsıdan rəqəmlər: Ölənlərin sayı 20000-i ötüb
İranda ölkə miqyasında davam edən kütləvi etirazların sona çatdığı bildirilir.
Bununla paralel olaraq, insan haqları təşkilatları etirazlar zamanı baş verən itkilərin real miqyasını sənədləşdirməyə davam edir.
Crossmedia.az xəbər verir ki, HRANA tərəfindən açıqlanan məlumatlara görə, etirazlar nəticəsində ölənlərin ümumi sayı 22 min nəfəri keçə bilər.
Hazırda 5.459 ölüm faktı rəsmi şəkildə təsdiqlənib, daha 17.031 nəfərin ölümü ilə bağlı araşdırmalar aparılır.
Təşkilatın hesabatında qeyd olunur ki, indiyədək etirazlarla əlaqədar 40.887 nəfər saxlanılıb. Həbs edilənlər arasında ən azı 325 yeniyetmə də var.
Eyni zamanda, yalnız 8–9 yanvar tarixlərində etirazların yatırılması zamanı ölənlərin sayı 30 minə qədər çata bilərdi.
Məlumatlar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur və İran hakimiyyətinə qarşı tənqidlərin artmasına səbəb olur.
12:16 25.01.2026
Oxunuş sayı: 582