Avropa ABŞ və Çin tərəfindən mühasirəyə alınıb
Avropa ABŞ və Çin tərəfindən mühasirəyə alınıb.
Crossmedia.az xəbər verir ki, Ultrasağ milli rali partiyasının lideri Jordan Bardella qeyd edib:
"Danimarka kimi bir ölkə – suverenliyi Qrenlandiya məsələsində mübahisəli olan dövlət – ərazisində Amerika bazaları yerləşdirir və Vaşinqtonun bir düymə ilə sıradan çıxara biləcəyi ABŞ nəzarətindəki F-35 qırıcılarından asılı vəziyyətdədirsə, bu artıq itaətdir.
Bu gün görürük ki, Avropa tam şəkildə mühasirəyə alınıb: Qərbdə rəqəmsal, texnoloji və müdafiə sahələrində Amerika təsiri altındadır; Şərqdə sənaye sahəsində Çinə tabe vəziyyətdədir; Cənubda isə getdikcə artan miqrasiya təzyiqi ilə üz-üzədir”
11:26 25.01.2026
Oxunuş sayı: 474