Xameneyi yenidən yeraltı bunkerdə gizlənib
ABŞ-dən mümkün hərbi zərbə təhlükəsinin artması fonunda İranın ali rəhbəri Əli Xameneyi Tehranda yerləşən xüsusi yeraltı bunkərə köçüb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı, “Iran International” telekanalı xəbər verir.
Məlumata əsasən, bu qərar yüksək vəzifəli hərbi rəsmilərin ABŞ tərəfindən potensial hücum riskini ciddi şəkildə qiymətləndirməsindən sonra qəbul edilib. Xameneyinin gizləndiyi obyekt möhkəmləndirilmiş, bir-biri ilə əlaqəli tunellərdən ibarət kompleks kimi təsvir olunur.
Nəşr bildirir ki, hazırda Xameneyinin üçüncü oğlu Məsud ali liderin ofisinin gündəlik fəaliyyətinə nəzarəti öz üzərinə götürüb.
O, eyni zamanda Prezident Administrasiyası ilə də əsas əlaqələndirici şəxs kimi çıxış edir.
10:15 25.01.2026
Oxunuş sayı: 489