Federal əməliyyatlarda növbəti ölüm: Minneapolis küçələrində gərginlik
ABŞ-nin Minnesota ştatında Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) agentləri tərəfindən həyata keçirilən əməliyyat zamanı bir kişi güllələnərək öldürülüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rəsmi məlumatlara görə, hadisə şübhəlinin saxlanılması zamanı baş verib. Səlahiyyətlilər bildiriblər ki, ölən şəxsin üzərində tapança və iki daraq olub. Agentlərin sözlərinə əsasən, təhlükə yarandığı üçün silahdan istifadə edilib.
Bu hadisə son üç həftə ərzində federal agentlərin iştirakı ilə qeydə alınan üçüncü ölüm faktıdır. Hadisədən sonra şəhərdə vəziyyət yenidən gərginləşib, federal qurumların güc tətbiqinə etiraz edən insanlar küçələrə çıxıb. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar yaşanıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Federal və yerli qurumlar məsələ ilə bağlı əlavə açıqlama verəcəklərini bildiriblər.
23:45 24.01.2026
Oxunuş sayı: 410