Əbu-Dabi görüşü müsbət nəticələrlə başa çatıb
Həm Rusiya, həm də Ukrayna KİV-də Əbu-Dabidə kiçirilən gõrüşlə bağlı optimist xəbərlər yayımlanmaqdadır.
Crossmedia.az xəbər verir ki, TASS agentliyinin xəbərinə görə, görüşün nəticəsiz başa çatdığını demək səhv olardı, bəzi nəticələr var və görüş ümumilikdə müsbət keçib.
Rusiyanın RİA xəbərlər agentliyi isə hətta yaza qədər Rusiya və Ukrayna arasında müəyyən anlaşma imzalanması ehtimalını yüksək dəyərləndirib. Agentliyin xəbərinə görə, ona qədər bir sıra başqa anlaşmalar imzalanacaq.
Ukraynanın "Ukraynskaya Pravda" xəbər portalı da hər iki ölkə arasında bu gün və dünən keçirilən Əbu-Dabi görüşündə müsbət nəticələr olduğunu iddia edib. Portalda gedən xəbərdə qeyd edilib ki, görüşü uğursuz hesab etmək olmaz.
Verilən məlumatlara görə, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında növbəti görüş fevralın 1-i Əbu-Dabidə keçiriləcək.
21:24 24.01.2026
Oxunuş sayı: 491