İranla bağlı baş tutmayan plan açıqlandı: Suriyaya çevirmək istəyirlər, lakin...
Bəzi ssenari müəllifləri İranı ikinci Suriyaya çevirmək niyyətində idilər, lakin buna hələ nail ola bilməyiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Alik” erməni qəzetinin baş redaktoru Aram Şahnazaryan bildirib.
Şahnazaryan qeyd edib ki, etirazlar əvvəlcə sosial-iqtisadi xarakter daşıyırdı.
Lakin tezliklə ortaya çıxdı ki, məqsəd ölkədə xaos və hakimiyyət boşluğu yaratmaq, həmçinin daxildə münaqişələr doğurmaqdır.
Baş redaktor gənclərin etirazlarda fəal iştirak etməsini hakimiyyətin “idrak müharibəsində” məğlubiyyətinin göstəricisi kimi dəyərləndirib. Onların xarici qüvvələrin niyyətini tam anlamaması, ictimaiyyətin manipulyasiyaya açıq qalması ilə nəticələnib.
Şahnazaryan vurğulayıb ki, hazırda ölkədə nəzarət olsa da, xarici təsirlərin yenidən zərbə endirməyə çalışmayacağına dair heç bir zəmanət yoxdur.
21:12 24.01.2026
Oxunuş sayı: 405