Türkiyə İsrailin kabusuna çevrilir
İran artıq İsrail üçün əsas təhlükə sayılmır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Israel Hayom” qəzetində dərc edilən məqalədə qeyd olunub.
Məqalədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkənin əsas strateji riskinə çevrildiyi vurğulanır.
Ankaranın Yaxın Şərqdə hərbi, siyasi və diplomatik təsirini artırması Təl-Əviv üçün ciddi narahatlıq doğurur.
Qəzetin mənbələrinə görə, Türkiyə İsrailin mövqeyini regional səviyyədə çətinləşdirə biləcək gücə malikdir.
Həmçinin, Türkiyənin növbəti on ildə regionda əsas güc statusunu möhkəmləndirmə niyyəti qeyd olunub.
Təhlilin müəllifi Amit Seqal İsrail hakimiyyətini strateji diqqətini İrandan Türkiyəyə yönəltməyə çağırır.
20:35 24.01.2026
Oxunuş sayı: 406