Pentaqondan qiymətləndirmə: Avropa qüvvələri Rusiyanı üstələyir
Rusiya yaxın gələcəkdə NATO-nun şərq cinahındakl üzv dövlətlər üçün davamlı, lakin idarəolunan bir təhlükə olaraq qalacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Milli Müdafiə Strategiyasında bildirilib.
Sənəddə vurğulanır ki, Moskva hərbi və siyasi təsir imkanlarını qoruyur.
Bu Alyans üçün risk mənbəyi olaraq qalır.
Bununla yanaşı, Pentaqonun qiymətləndirməsinə əsasən, NATO-nun Avropadakı qüvvələri iqtisadi potensial, əhali sayı və gizli hərbi imkanlar baxımından Rusiyanı xeyli üstələyir.
Strategiyada qeyd olunur ki, bu üstünlüklər Alyansın çəkindirmə və müdafiə qabiliyyətini gücləndirən əsas amillərdir.
ABŞ Müdafiə Nazirliyi hesab edir ki, məhz bu balans NATO-ya Rusiyadan gələn təhlükələri nəzarət altında saxlamağa imkan verir.
17:45 24.01.2026
Oxunuş sayı: 426